Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 209.608 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Çaldıran döyüşü — 23 avqust 1514-cü ildə baş vermiş və Osmanlı imperiyasının Səfəvi imperiyası üzərində qələbə qazanması ilə nəticələnmiş döyüş. Döyüşün nəticəsi olaraq Osmanlı imperiyası Şərqi AnadolunuŞimali İraqı özünə birləşdirmişdir. Bu döyüş ilə Osmanlı imperiyası Şərqi Anadoluya doğru irəliləmiş, eyni zamanda da Səfəvi imperiyasının qərbə doğru genişlənməsinin qarşısını almışdır. Çaldıran döyüşü ilə 44 illik dağıdıcı müharibə başlamış və yalnız 1555-ci ildə Amasya sülh müqaviləsi ilə sonlanmışdır. Mesopotomiyanın və Şərqi Anadolunun Səfəvi hökmdarı I Abbas (1588–1629) tərəfindən ələ keçirilməsinə baxmayaraq, onun ölümündən sonra varisi müharibəni o qədər də uğurlu davam etdirə bilməmiş, 1639-cu ildə imzalanmış Qəsri Şirin sülh müqaviləsi ilə bu torpaqlar Osmanlıya verilmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Pənahi Makulu (1900 – 1971) — azərbaycanlı yazıçı, tərcüməçi, siyasətçi. Siyasi fəaliyyətinə görə Pəhləvilərin hakimiyyəti dövründə həbs olunub və Zəncana sürgün edilib. 1941-ci ildə sürgündən azad olunduqdan sonra Təbrizə gəlib və "21 Azər" hərəkatında iştirak edib. Azərbaycan Demokratik Firqəsinə üzv olub, firqənin birinci qurultayında nümayəndə kimi iştirak edib. ADF-nin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzetində yazıları, povestləri və felyetonları ilə çıxış edib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Siyasi İşlər İdarəsində fəaliyyət göstərib.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısıFiziologiya və ya tibb üzrə Nobel mükafatıKarolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülhfiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli